Yuxarı
    Bağlamaq

    Azərbaycan baş nazirinin birinci müavini Bişkekdə MDB hökumət başçıları şurasının sammitində iştirak edəcək

    İyunun 6-7-də Bişkekdə Qırğızıstan baş nazirinin sədrliyi altında MDB hökumət başçıları şurasının sammiti keçiriləcək

    Bakı. 1 iyun. REPORT.AZ/ İyunun 6-7-də Bişkekdə Qırğızıstan baş naziri Sooranbay Jeenbekovun sədrliyi altında MDB hökumət başçıları şurasının sammiti keçiriləcək.

    "Report" "AkiPress"ə istinadən xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin inteqrasiya birlikləri departamentinin birinci direktoru Bolot Mukaşev məsələ ilə bağlı mətbuat konfransı keçirərkən qarşıdakı sammitin iştirakçılarının adlarını açıqlayıb.

    Onun sözlərinə görə, baş nazirlərin müavinləri səviyyəsində Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovun, Ermənistan baş nazirin müavini Vaçe Qabrielyanın, Türkmənistanın Nazirlər Kabinetinin sədrinin müavininin, Özbəkistan baş nazirinin birinci müavini Rüstəm Əzimovun, Ukraynanın səfiri və MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin iştirakı gözlənilir.

    "Bu gün etibarilə Belarusun baş naziri Andrey Kobyakovun, Qazaxıstanın baş naziri Kərim Məsimovun, Tacikistanın baş naziri Kohir Rəsulzodanın, Moldovanın yeni təyin olunmuş baş naziri Pavel Filippin, Rusiya baş naziri Dmitri Medvedevin də iştirakı gözlənilir", - deyə B.Mukaşev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi