Efiopiyanın aparıcı radiolarından birində Azərbaycan barədə veriliş təqdim olunub

Efiopiyanın aparıcı radiolarından birində Azərbaycan barədə veriliş təqdim olunub Verilişdə Azərbaycanın mədəniyyəti, musiqisi, tolerantlıq və multikulturalizm ənənələri barədə bəhs edilib
Xarici siyasət
24 İyul , 2015 13:32
Efiopiyanın aparıcı radiolarından birində Azərbaycan barədə veriliş təqdim olunub

Bakı. 24 iyul. REPORT.AZ/ Efiopiyanın aparıcı radiolarından olan EBC FM radio kanalında Azərbaycan haqqında veriliş yayımlanıb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, verilişdə Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanındığı bildirilib və Azərbaycan ərazisində zəngin maddi-mədəniyyət və dini abidələrin, o cümlədən regionun ən qədim alban xristian abidələri və kilsələrinin yerləşdiyi qeyd olunub.

Eyni zamanda, verilişdə Azərbaycan cəmiyyətində qadının rolu və gender bərabərliyindən bəhs edilərək, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyi bildirilib. Veriliş əsnasında Azərbaycanın milli musiqiləri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi