Azərbaycan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısında təmsil olunacaq

Azərbaycan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısında təmsil olunacaq Tədbirə 60 ölkədən siyasətçi, praktik və akademik ekspertləri qatılacaq
Xarici siyasət
3 May , 2017 10:53
Azərbaycan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısında təmsil olunacaq

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin toplantısında təmsil olunacaq.

“Report” xəbər verir ki, mayın 5-də Belçikanın Eypen şəhərində təşkilatın “Uğurlu ərazi islahatı” adlı konfransı keçiriləcək.

Tədbirə 60 ölkədən siyasətçi, praktik və akademik ekspertləri qatılacaq.

Konfransda Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov da iştirak edəcək.

Konfrans zamanı 2016-cı ilin mart ayında Konqres tərəfindən təsdiq edilən “İnkişaf edən Avropada avtonomiya və sərhədlər” adlı hesabata baxılacaq. İştirakçılar Avropa Şurasının üzv ölkələrdə submilli islahatların səbəb, metod və uğurlu təcrübəsini müzakirə edəcəklər.

Bundan başqa sessiyalarda iqtisadi böhrandan yaranan islahatlar, uğurlu idarəçilik üçün islahat, davamlı regional xüsusiyyətə uyğunlaşma, hakimiyyətin möhkəmləndirilməsi üçün islahat mövzuları müzakirə ediləcək. 

Məlumata görə, mayın 4-də Konqresin İdarə Komitəsinin üzvləri 2017-ci ilin oktyabr ayında baş tutacaq 33-cü sessiyada baxılacaq hesabatları müəyyən edəcəklər.

Son xəbərlər

Orphus sistemi