Azərbaycan Antiqua və Barbudaya yardım edib

Azərbaycan Antiqua və Barbudaya yardım edib
Xarici siyasət
169
20 Fevral , 2020 11:10
Azərbaycan Antiqua və Barbudaya yardım edib

Antiqua və Barbudanın yardım müraciətinə cavab olaraq, Azərbaycanda istehsal olunan tibbi ləvazimatlardan ibarət yardım Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) xətti ilə qarşı tərəfin xahişi əsasında Londona göndərilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Sözügedən yardım fevralın 19-da Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə tərəfindən Azərbaycan Respublikası hökuməti adından Antiqua və Barbudanın Böyük Birtaniyadakı Ali Komissarı xanım Karen-Mae Hillə təqdim edilib. 

Təqdimetmə mərasimində hər iki ölkənin rəsmi nümayəndələri və yerli KİV-lər iştirak ediblər. Göstərilən yardıma görə Antiqua və Barbudanın Böyük Britaniyadakı Ali Komissarı Karen-Mae Hill ölkəsi adından Azərbaycan xalqına dərin minnətdarlığını ifadə etmiş və Antiqua və Barbudanın Azərbaycanla diplomatik əlaqələri daha da inkişaf etdirmək əzmində olduğunu nəzərə çatdırıb. 

Son xəbərlər