Azərbaycan Almaniyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatıb

Azərbaycan Almaniyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatıb Səfirlikdə seçki məntəqəsi yaradılıb
Xarici siyasət
20 Sentyabr , 2016 20:12
Azərbaycan Almaniyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Almaniyadakı səfirliyində referenduma hazırlıq işləri başa çatlb. 

Səfirlikdən "Report"a verilən məlumatəna görə, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı bu il sentyabrın 26-da baş tutacaq ümumxalq səsverməsi ilə əlaqədar Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində səsvermə keçiriləcək.

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən, səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi üçün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Seçki məntəqəsi yaradılıb. Məntəqədə vətəndaşlarımızın səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan tədbirlər başa çatdırılıb və zəruri hazırlıq işləri görülüb.

Almaniyada yaşayan vətəndaşlarımızın səsvermə ilə bağlı məlumatlandırılması üçün səfirlik tərəfindən poçt vasitəsilə bildirişlər göndərilib, vətəndaşlarımıza e-mail və telefonla ətraflı izahlar verilib. Ölkədə yaşayan vətəndaşlarımızın səsvermədə aktiv iştirakı üçün Almaniyanın müxtəlif bölgələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızda bu işlərə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi