Yuxarı
    Bağlamaq

    ​Azərbaycan alimi ölkə tarixi ilə bağlı Fransada xeyli arxiv sənədi tapıb

    Ermənilərin regionumuzda törətdikləri qanlı qırğınlara dair məlumatlar tapdım

    "Ermənilərin regionumuzda törətdikləri qanlı qırğınlara dair məlumatlar tapdım"

    Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, Hollandiyanın Beynəlxalq Sosial Tarix İnstitutunun Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Solmaz Rüstəmova-Tohidi Fransanın paytaxtı Parisdə Şərqi Avropa, Rusiya və Qafqaz Araşdırmalar Mərkəzində olub.

    “Report”un xəbərinə görə, bu barədə S.Rüstəmova-Tohidi AzərTAc-a müsahibəsində məlumat verib.

    ”Parisdə Beynəlxalq Sosial Tarix İnstitutunun nəzdindəki Şərqi Avropa, Rusiya və Qafqaz Araşdırmalar Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əlimərdan bəy Topçubaşovun arxivi saxlanılır. Arxivdə on mindən çox məktub, fransız, ingilis dillərində sənədlər, memorandumlar var. Onların arasında 1905-ci, 1915-ci və 1918-1920-ci illərə dair çoxlu sənəd, müxtəlif fotoşəkillər, Əlimərdan bəy Topçubaşovun əlyazmalarını, ermənilərin regionumuzda törətdikləri qanlı qırğınlara dair məlumatlar tapdım. Fransadan gətirdiyim həmin sənədlər tariximiz üçün olduqca dəyərli mənbələrdir və bu sənədlər dərindən araşdırılacaq”, - o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi