Yuxarı

Ehud Barak: "Azərbaycan açıq, tolerant cəmiyyətdir"

Bu qədər liderlərin bir araya toplanması multikulturalizm və insanların bir-birini anlaması sahəsində böyük addımdır

Bakı. 10 mart. REPORT.AZ/ Bu qədər liderlərin bir araya toplanması multikulturalizm və insanların bir-birini anlaması sahəsində böyük addımdır.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında IV Bakı Qlobal Forumu çərçivəsində İsrailin keçmiş baş naziri Ehud Barak deyib.

Onun sözlərinə görə, burada olan hər kəs Azərbaycanda baş verənləri yüksək qiymətləndirir. "Azərbaycan açıq, güclü şəkildə tolerant cəmiyyətdir. Bir tərəfdən açıq ölkədir, digər tərəfdən bütün qonşuları ilə balanslı yaxşı münasibətlər saxlayır. Birindən başqa. Region ölkələri güclü səy göstərməlidirlər ki, bütün qonşuları ilə sülh və əməkdaşlıq içərisində yaşasınlar".

Dağlıq Qarabağ münaqişəsi barədə danışan sabiq baş nazir deyib ki, o ədalətli və vicdanlı həlli dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi