Azərbaycan ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın inkişafında maraqlıdır Azərbaycan ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlara malikdir.
Xarici siyasət
28 Mart , 2022 12:43
Azərbaycan ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın inkişafında maraqlıdır

"Azərbaycan ABŞ-ın Oklahoma ştatı ilə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlara malikdir".

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin məqaləsində deyilir.

“Bərpa olunan enerji mənbələri, informasiya texnologiyaları, logistika və kənd təsərrüfatı əməkdaşlıq üçün əsas sahələrdir. Biz həmçinin qonaqpərvərliyimizin ən yaxşı tərəflərini, qədim mədəniyyəti və dinamik cəmiyyəti nümayiş etdirmək üçün daha çox tələbə, sadə vətəndaş qəbul etməyə çalışırıq. Bundan başqa, Azərbaycan şirkətləri investisiyada çox maraqlıdır, gənclərimiz Oklahomada təhsil alırlar”, - o yazıb.

Ştatla əməkdaşlıq haqqında fikrini bildirən səfir ABŞ-ın enerji şirkətlərinin Azərbaycanda həyata keçirilən və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, ABŞ-ın əsas milli maraqlarının müdafiəsində vacib rol oynayan qlobal enerji, nəqliyyat layihələrində iştirak etdiyini, Oklahomanın Milli Qvardiyası ilə tərəfdaşlığı, həmçinin Azərbaycanın NATO və BMT-nin İraq və Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda iştirakını xatırladıb.

“Təəccüblü deyil ki, Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatlar zamanı uçuşların az qala yarısı Azərbaycan üzərindən həyata keçirilib. Bizim hərbçilərimiz amerikalı, britaniyalı və türkiyəli dostlarımızla birlikdə Kabil Hava Limanını mühafizə edən son 4 ölkə hərbçiləri sırasında idi”, - diplomat vurğulayıb.

O, ştatla əməkdaşlığın ölkələr arasında bu il 30 illiyi qeyd olunan ümumi tərəfdaşlığa ciddi töhfə olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi