Yuxarı
    Bağlamaq

    Azərbaycanlı deputatın ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb

    Seçkilər iyulun 5-də keçiriləcək

    Tbilisi. 4 iyul. REPORT.AZ/ Tbilisidə ATƏT-in Parlament Assambleyasının Büro iclası keçirilib. 

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, toplantıda ATƏT PA prezidenti və vitse-prezidenti vəzifəsinə namizədliklərin irəli sürülməsi məsələsi müzakirə olunub. Milli Məclisin deputatı Azay Quliyevin yenidən ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

    ATƏT PA-nın prezidenti və vitse-prezidenti postuna seçkilər iyulun 5-də keçiriləcək.

    ATƏT PA-nın Büro üzvü, Azərbaycan parlament nümayəndə heyətinin üzvü Azay Quliyev jurnalistlər bildirib ki, iclasda ATƏT PA-nın prezidenti vəzifəsinə 3 nəfərin namizədliyi qeydə alınıb: "Bunlar Gürcüstan, Fransa və Avstriyadan olan nümayəndələrdir. ATƏT PA-nın vitse-prezidenti postuna isə 4 nəfərin – Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan deputatların namizədliyi irəli sürülüb. Azərbaycan dövləti və nümayəndə heyətinin son illər gördüyü işlər, beynəlxalq arenada əldə etdiyi uğurlar şansımızn böyük olduğunu göstərir".

    Qeyd edək ki, A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi