Yuxarı
    Bağlamaq

    Azad Rəhimov BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumuna qatılıb

    Forumun sonunda bu ilin iyul ayında çağırılacaq Yüksək Səviyyəli Siyasi forumda müzakirələr üçün yekun sənədlər hazırlanacaq

    Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumunda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti təmsil edib.

    Bu barədə “Report”a nazirliyin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

    BMT-nin baş qərargahında iki gün davam edən forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub. Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayndə heyəti təmsil edib.

    Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaqdır.

    Bunları nəzərə alaraq, forumda problemin çoxtərəfli həllinə dəstək məqsədilə milli, regional və qlobal səviyyələrdə gənclərin inkişafı üçün innovativ yanaşmalar və təşəbbüslər təşviq ediləcək. Eyni zamanda, forumda insanlar, planet, sülh və rifah mövzusunda kollektiv fəaliyyət üçün ideya və təşəbbüslər də əsas müzakirə istiqamətlərindən olacaq.

    Forum zamanı çıxış edən nazir Azad Rəhimov ölkədə Dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif illəri əhatə edən Dövlət Proqramlarının, Sərəncamların imzalandığını diqqətə çatdırıb: "Məhz bu diqqətdən irəli gələrək Azərbaycan BMT-nin əvvəlki baş katibi Ban Ki-munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə oldu. Forumun əsas mövzuları olan insanlar, planet, sülh və rifaha gəldikdə isə, biz müxtəlif Dövlət Qurumları və QHT-lər ilə birlikdə bu istiqamətlər üzərində uzun zamandır ki, ciddi işlər aparırıq. Çünki, gənclərin global cəmiyyətdə öz sözlərini deməsi, onların müxtəlif sahələri əhatə edən fikir və təşəbbüslərini realizəsi önəmli faktorlardandır”.

    Nazir bildirib ki, dünyada iqtisadi problemlərin yaşanmasına baxmayaraq, ötən il ərzində tərəfimizdən 1008 gənclər layihəsi həyata keçirilib: "Onların da böyük əksəriyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzərində qurulmuşdur. Gənclər sahəsində görülən işlər haqda danışarkən, qeyd etməliyəm ki, Prezident yanında Gənclər Fondu tərəfindən son 5 ildə 3341 layihə dəstəklənib”.

    BMT-ə səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin Avropa və MDB regionu üzrə direktoru Cihan Sultanoğlu ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı Cihan Sultanoğlu tərəfindən məmnunluq bildirilib.

    Bununla yanaşı, nazir Gürcüsatan və Serbiyalı həmkarları ilə də görüşüb. Görüş zamanı hər iki ölkənin gənclər sahəsində həyata keçirilən layihələr, eyni zamanda qarşıda duran planlar haqda müzakirələr aparılıb.

    Azad Rəhimov Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin direktor vəzifələrini icra edən rəsmisi ilə də görüş keçirib. Rəsmilər iki ölkə gənclərinin əməkdaşlığını, gənclər festivalını, Rusiya- Azərbaycan gənclər forumunu, eyni zamanda AMOR-un hər iki ölkə gəncləri arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördüyüy yüksək fəaliyyəti müzakirə ediblər.

    Səfərin sonunda nazir Azad Rəhimov BMT-nin baş katinin gənclər siyasəti üzrə xüsusi nümayəndəsi Əhməd Əlhəndavi ilə görüşüb. BMT nümayəndəsi Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi layihələrin önəmindən danışıb və Azərbaycana BMT-nin gənlər sahəsinin inkişafı istiqamətində həyata keçrdiyi layihələrə verdiyi yüksək dəstəyə görə təşəkkürünü bildirib.

    Qeyd edək ki, Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir və BMT-nin mənzil qərargahında imzalanan sənədə əsasən 2014-ci ilin oktyabr ayında Bakıda ilk dəfə olaraq Gənclər siyasəti üzrə Qlobal Forum keçirilib. Forumun sonunda bu ilin iyul ayında çağırılacaq Yüksək Səviyyəli Siyasi forumda müzakirələr üçün yekun sənədlər hazırlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi