Nazir Elmar Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş Assambleyası və onun komitələrinin işində fəal iştirak edəcəyini deyib. O, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
BMT Baş Assambleyasının prezidenti Sam Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətini və Afrika qitəsinə aid məsələlərdə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, əminliyini ifadə edib ki, 69-cu sessiya çərçivəsində də Azərbaycanla sıx əməkdaşlıq davam etdiriləcək.