Aygün Əliyeva: Türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb

Aygün Əliyeva: Türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb Türkmanlar tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıblar.
Xarici siyasət
18 mart 2025 10:41
Aygün Əliyeva: Türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıb
Aygün Əliyeva

Türkmanlar tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq, ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarıblar.

"Report" xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva martın 18-də Bakıda keçirilən "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, türkmanlar yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak ediblər:

"Ortaq dəyərlərimiz, güclü milli ruhumuz və faəl vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb. Bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır. Çünki bizə məxsus olan ortaq dəyərlər, əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımız və şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir". 

A.Əliyeva bildirib ki, konfrans türkman irsinin zənginliyini anlamaq, onu qorumaq və gələcək nəsillərə ötürməyin yollarını araşdırmaq üçün yeni mərhələ olacaq: 

"Dünyanın müxtəlif ölkələrində-İraq, Türkiyə, Suriya, İordaniya, Livan, Əfqanıstan və s. yaşayan türkmanlar fərqli coğrafiyalarda, fərqli talelelərini yaşasalar belə bu insanlar eyni mədəni, tarixi dəyərlərin daşıyıcılarıdır. Bu layihə çərçivəsində, xüsusilə işğaldan azad olunmuş ərazilərə səfərlər zamanı bir daha əmin olduq ki, məsafələr və zaman əsl sevgini azaltmır, əksinə daha da alovlandırır. Bizim könüllərimiz hər zaman bir olub, indi isə xəyallarımız, arzularımız gerçəkləşir".

İcraçı direktor bu konfransın həm türkman, həm Azərbaycan QHT sədrləri üçün sadəcə bir fikir mübadiləsi meydanı deyil, eyni zamanda yeni ideyaların, layihələrin mənbəyi olacağını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi