Yuxarı

Avstriya prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram

Bakı. 22 may. REPORT.AZ/ Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer 28 may - Respublika Günü Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına isə daha firavan həyat arzularımı çatdırıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi