Avstriya, Litva və Rumıniya XİN rəhbərlərinin Cənubi Qafqaza səfərinin nəticələri Aİ-də müzakirə ediləcək

Avstriya, Litva və Rumıniya XİN rəhbərlərinin Cənubi Qafqaza səfərinin nəticələri Aİ-də müzakirə ediləcək Avstriya, Litva və Rumıniya XİN rəhbərlərinin Cənubi Qafqaza səfərinin nəticələri iyulun 12-də İttifaqın Xarici işlər üzrə Şurasında müzakirə ediləcək.
Xarici siyasət
3 İyul , 2021 11:26
Avstriya, Litva və Rumıniya XİN rəhbərlərinin Cənubi Qafqaza səfərinin nəticələri Aİ-də müzakirə ediləcək

"Avstriya, Litva və Rumıniya XİN rəhbərlərinin Cənubi Qafqaza səfərinin nəticələri iyulun 12-də İttifaqın xarici işlər üzrə şurasında müzakirə ediləcək".

Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell özünün “Aİ-nin Cənubi Qafqaza daha çox cəlb edilməsi nə üçün lazımdır?” adlı məqaləsində yazıb.

Xatırladaq ki, Şərq Tərəfdaşlığının dekabr ayında keçiriləcək zirvə görüşü öncəsi Aİ-nin Azərbaycan, Gürcüstan və Ermənistana dəstəyini ifadə etmək məqsədilə Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Auresku iyunun 25-i və 26-da Cənubi Qafqaza səfər ediblər.

“Hazırda Şərq Tərəfdaşlığının dekabr ayında keçiriləcək zirvə görüşünə hazırlaşırıq. Bu kontekstdə 3 nazir açıq şəkildə ifadə ediblər ki, Şərq Tərəfdaşlığı inklüziv əməkdaşlıq formatıdır və belə olmaqda davam edəcək. Hər 3 ölkənin rəhbəri Avropa İttifaqının XİN rəhbərlərinin səfərini yüksək qiymətləndiriblər. Onlar Aİ-nin regionda daha fəal iştirakını istədiklərini və regional iqtisadi əməkdaşlıq, qarşılıqlı əlaqələr sahəsində Aİ ilə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar” - Borrel qeyd edib.

Son xəbərlər

Orphus sistemi