Avropadakı türk mediasında Qərbi Azərbaycanla bağlı silsilə yazılar yayımlanıb

Avropadakı türk mediasında Qərbi Azərbaycanla bağlı silsilə yazılar yayımlanıb “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Avropadakı türk mediasında Qərbi Azərbaycana qayıdış mövzusunun inkişafı” layihəsini həyata keçirib.
Xarici siyasət
27 İyun , 2024 11:06
Avropadakı türk mediasında Qərbi Azərbaycanla bağlı silsilə yazılar yayımlanıb

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Avropadakı türk mediasında Qərbi Azərbaycana qayıdış mövzusunun inkişafı” layihəsini həyata keçirib.

“Report”un məlumatına görə, layihə rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Avropanın siyasi paytaxtı sayılan Brüsseldə nəşr olunan “Belçika Aydın Haber” jurnalının baş redaktoru Cəlil Gündoğdu, “Brukselturk.be” saytının baş redaktoru Yusif Cinal, Hollandiyanın Amsterdam şəhərində Türk Evi Topluluğunun sədri, tanınmış yazar Veyis Güngör, Belçika Türk Jurnalistlər Birliyinin sədri Hüseyn Dönməz, Rotterdam şəhərində fəaliyyət göstərən “Manşet” saytının baş yazarı Mehmet Əli Topçu, Almaniyada fəaliyyət göstərən “Haberin saatı” saytının baş redaktoru İlhan Kılıç, “Bağımsız Objektiv” saytının qurucusu Murad Əli Blax ilə görüşüb.

Layihə çərçivəsində Avropa Türk Media və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaş ilə görüşən Aqil Ələsgər Avropadakı yeganə böyük türk telekanalı olan “Kanal Avropa”da da çıxış edərək Qərbi Azərbaycan mövzusunun aktuallığını Avropadakı türklərə çatdırıb.

Türk İnternet Media Birliyinin Almaniya təmsilçisi Ərdal Altuntaşın dəvətilə Hamburq Türk Jurnalistlər Birliyi üzvü olan jurnalistlərlə görüşən A.Ələsgər jurnalistlərin suallarını cavablandırıb.

Hamburq Türk Jurnalistlər Birliyinin sədri Ahmet Durmus, Hamburqun ictimai radiosu olan “Tide”ın proqram rəhbəri Rza Atamtürk kimi tanınmış jurnalistlərin iştirak etdiyi görüşdə həm Azərbaycan-Türkiyə əlaqələri, həm də Qərbi Azərbaycan mövzusu ciddi müzakirə olunub.

Bundan başqa, layihə çərçivəsində Avropanın müxtəlif saytlarında Qərbi Azərbaycana qayıdış, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, dağıdılmış abidələri, məcburi köç mövzusunda səkkiz ayrı yazı Avropanın səkkiz ölkəsində yayımlanan türk mediasında dərc olunub.

Yazılar Almaniyanın Obenhausen və Vitten şəhərlərində yayımlanan “Haberin saatı” və “Avrupanın sesi” saytlarında, Londonda “Tirkish Press News” saytında, Buxarestdə fəaliyyət göstərən “Gazete Balkan” saytında, Brüsseldə fəaliyyət göstərən və Belçika Türk Jurnalistlər Birliyinin yayım orqanı olan “Gundem.be” və “Belçika Aydın Haber” saytlarında, Hamburqda fəaliyyət göstərən “Hamburghaber.de” və Ştutqart şəhərindən yayımlanan “Kilim” qəzetində, Belçikada yayımlanan “Brükseltürk” və Kosovada fəaliyyət göstərən “Kosovaport” saytlarında, Niderlandda fəaliyyət göstərən “Manset.nl” xəbər saytında, Türkiyədə fəaliyyət göstərən “Birlik” Xəbər Agentliyi və Gürcüstanda fəaliyyət göstərən “Aktual.ge” saytlarında dərc ediliblər.

Son xəbərlər

Orphus sistemi