Avropa Şurasının rəsmisi: "Dünyada üç qadından biri zorakılığa məruz qalır"

Avropa Şurasının rəsmisi: "Dünyada üç qadından biri zorakılığa məruz qalır" Avropa Şurası Gender bərabərliyi şöbəsinin müdiri Katerina Boloneze dünyada üç qadından birinin zorakılığa məruz qaldığını açıqlayıb.
Xarici siyasət
6 Dekabr , 2023 12:00
Avropa Şurasının rəsmisi: Dünyada üç qadından biri zorakılığa məruz qalır

Avropa Şurası Gender bərabərliyi şöbəsinin müdiri Katerina Boloneze dünyada üç qadından birinin zorakılığa məruz qaldığını açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxış zamanı deyib.

K.Boloneze bildirib ki, bu da vəziyyətin nə dərəcə ciddi olduğunu göstərir: “Zorakılıq cəmiyyət üçün ağır yükdür. Ona görə bunun qarşısının alınması üçün koordinasiyalı hərəkət edilməlidir. Günahkarlar təqib edilərək cəzalandırılmalıdır. Həmçinin monitorinq fəaliyyəti tam şəkildə həyata keçirilməlidir. Qadınların səlahiyyətləndirilməsi təşviq edilməlidir. Vətəndaş cəmiyyəti bu mövzuda birlikdə olmalıdır. Məsələyə qlobal miqyasda yanaşmaqla, təcrübələrimizi bölüşərək məsələnin həllinə töhfə verə bilərik".

Son xəbərlər

Orphus sistemi