Bakı. 29 noyabr. REPORT.AZ/ Avropa Şurasının Baş katibi Turbyorn Yaqland Ukraynadakı vəziyyətin "soyuq müharibə" ilə nəticələnəcəyini istisna etmir.
"Report"un məlumatına görə, bu barədə baş katib "Exo Moskvı" radiosuna müsahibəsində bildirib.
"Düşünmürəm ki, biz hal-hazırda 1989-cu ilədək yaşanan “soyuq müharibə” şəraitində yaşayırıq. Lakin biz bu "müharibəni" əldə edə bilərik, və bu səbəbdən Ukrayna böhranını nizamlanması üçün bütün imkanlardan istifadə etməliyik”, - Yaqland bildirib.
O qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü mütləq müdafiə olunmalıdır.