Avropa Şurası Azərbaycanla həmrəy olduğunu açıqlayıb
Xarici siyasət
- 27 yanvar, 2023
- 12:04
“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm”.
“Report” xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç tviterdə yazıb.
“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və həlak olanlara başsağlığımı bildirirəm”, - o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Son xəbərlər
12:40
Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb
Xarici siyasət12:33
Bazar günü temperatur enəcək, yağış yağacaq
Ekologiya12:31
Cessi Linqard Cənubi Koreya klubunu tərk edib
Futbol12:22
Foto
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb
İncəsənət12:22
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb
Maliyyə12:11
"S&P" Azərbaycanın 2029-cu ilə qədər xalis beynəlxalq investisiya mövqeyini qiymətləndirib
Maliyyə12:09
Foto
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib - YENİLƏNİB
Xarici siyasət12:00
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? - TƏHLİL
İKT12:00
Foto