Avropa Şurası: "Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində müsbət addımlar atır”

Avropa Şurası: "Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində müsbət addımlar atır” “Avropa Şurası (AŞ) qadınların hüquqlarının müdafiəsi və məişət zoraklığına qarşı mübarizə mövzusunda Azərbaycan ilə əməkdaşlıq edir”.
Xarici siyasət
19 May , 2022 12:59
Avropa Şurası: Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində müsbət addımlar atır”
Mariya Peyçinoviç-Buriç

“Avropa Şurası (AŞ) qadınların hüquqlarının müdafiəsi və məişət zoraklığına qarşı mübarizə mövzusunda Azərbaycan ilə əməkdaşlıq edir”.

"Report" xəbər verir ki, bu fikirləri AŞ-nin Baş katibi Mariya Peyçinoviç-Buriç "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə onlayn-çıxışı zamanı bildirib.

“Qadınlara qarşı zorakılıq daim müzakirə mövzumuz olmalıdır. Hər bir dövlət, hər bir təşkilat daim zorakılıqla mübarizə aparmalıdır. Azərbaycanm bu istiqamətdə müsbət addımlar atır”, - o deyib.

Şuranın Baş katibi Azərbaycanın qadınların hüquqlarının müdafiəsi və məişət zoraklığına qarşı mübarizə mövzusunda müxtəlif layihələr həyata keçirdiyini nəzərə çatdırıb.

M.Peyçinoviç-Buriç İstanbul Konvensiyasının qəbul edilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu konvensiyanı ratifikasiya etmiş ölkələr qadınlara qarşı zorakılıqla mübarizə sahəsində irəli böyük addım atıb: "Ümid edirik ki, Azərbaycan da İstanbul Konvensiyasını ratifikasiya edəcək”.

Son xəbərlər

Orphus sistemi