Avropa rəsmisi: "Azərbaycan qazının tədarükünü genişləndirmək üçün infrastruktur inkişaf etdirilir”

Avropa rəsmisi: "Azərbaycan qazının tədarükünü genişləndirmək üçün infrastruktur inkişaf etdirilir” Avropa İttifaqı (Aİ) Azərbaycan qazının Avropaya tədarükünü genişləndirmək üçün infrastrukturu inkişaf etdirir.
Xarici siyasət
4 iyun 2024 07:21
Avropa rəsmisi: Azərbaycan qazının tədarükünü genişləndirmək üçün infrastruktur inkişaf etdirilir”

Avropa İttifaqı (Aİ) Azərbaycan qazının Avropaya tədarükünü genişləndirmək üçün infrastrukturu inkişaf etdirir.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanla ikitərəfli əməkdaşlıq həm də enerji keçidinin təşviqinə yönəlib: “Azərbaycanın 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə qlobal öhdəliyə, həmçinin bu onillik ərzində qlobal istixana qazı emissiyalarının azı 30 % azaldılması üzrə qlobal öhdəliyə qoşulması faktını alqışlayıram”.

Orphus sistemi