Avropa Parlamentində Azərbaycanla bağlı hazırlanan hesabatın təqdimatı olub

Avropa Parlamentində Azərbaycanla bağlı hazırlanan hesabatın təqdimatı olub Tədqiqat işində həm Azərbaycan, həm də Qərbin siyasi dairələri üçün mövzu ilə bağlı təkliflər əksini tapıb
Xarici siyasət
24 İyun , 2015 14:08
Avropa Parlamentində Azərbaycanla bağlı hazırlanan hesabatın təqdimatı olub

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Avropa Parlamentində "Azərbaycandakı dünyəvilik və regionda dini radikallaşma təhlükəsi" adlı layihə çərçivəsində hazırlanan hesabatın təqdimat mərasimi keçirilib. Bu barədə "Report"a Şuranın mətbuat xidmətindən məlumat verilib.

Brüsseldə keçirilən mərasimdə Avropa Parlamentinin üzvləri Culi Vord, Tüne Kelam, Boris Zala və Qiorqiy Hölvenyi, "ADA" universitetinin prorektoru Fariz İsmayılzadə, Avropa Komissiyasının təmsilçiləri Marqit Palm, Aleksandra Kulmer, Malte Siman, təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəsmiləri, QHT və media nümayəndələri, tədqiqatçılar və digər şəxslər iştirak edib. 

80 səhifəlik hesabat müəlliflərinin qənaətinə görə, Azərbaycanın dünyəvilik prinsipinə söykənməsi müxtəlif dini icmaların sülh şəklində bərabər yaşamasına şərait yaradır. Mümkün dini radikallaşma təhlükəsinin qarşısının alınması üçün Azərbaycan dövləti daim hüquqi islahatlar həyata keçirir. Eyni zamanda hesabatda qeyd olunur ki, mürəkkəb geosiyasi regionda yerləşən ölkə kimi Azərbaycan üçün dini radikallaşma təhlükəsi həmişə mövcuddur. Bunun əsas səbəbi isə bir sıra regional güclərin Azərbaycandakı multikultural mühiti, stabilliyi pozmaq üçün "insan hüquqları müdafiəsi" adı altında müəyyən qrupları dəstəkləməyə çalışmasıdır. Tədqiqat işində həm Azərbaycan, həm də Qərbin siyasi dairələri üçün mövzu ilə bağlı təkliflər əksini tapıb.

Təqdimat mərasiminin sonunda hesabat ətrafında fikir mübadiləsi aparılıb, ekspertlər iştirakçıları maraqlandıran suallara cavab veriblər.

Son xəbərlər

Orphus sistemi