Avropa Parlamentində Azərbaycandakı mina problemi ilə bağlı müzakirələr keçirilib
- 23 iyun, 2022
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Parlamentində Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində basdırdığı mina problemi ilə bağlı müzakirələr keçirilib.
“Report” xəbər verir ki, müzakirələrdə Azərbaycanın Avropa İttifaqı yanındakı Nümayəndəliyinin rəsmiləri də iştirak ediblər.
Tədbirdə Avropa İttifaqının qonşuluğunda minalarla mübarizə məsələsi gündəmə gətirilib. Qeyd olunub ki, bununla bağlı ciddi təhlükə mövcuddur. Vurğulanıb ki, Azərbaycan və Bosniya və Herseqovina ərazisində minalarla bağlı ciddi problem var.
An event on tackling landmines in the EU neighborhood was held at the @Europarl_EN
— AzEmbBe&Lux-AzMissionEU (@AZMissionEU) June 23, 2022
One of the aims of the event was to examine the scale of the current threat through #Azerbaijan and #BosniaHerzegovina example. @ZovkoEU@VaqifS @UNDPEU @EP_ForeignAff @eu_eeas #Demining pic.twitter.com/XfXLkKbwg6