​YAP İcra Katibliyinin şöbə müdiri: “Avropa Parlamenti öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu”

​YAP İcra Katibliyinin şöbə müdiri: “Avropa Parlamenti öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu” “Avropa Parlamenti dünənki qətnaməsi ilə Türkiyə ilə Ermənistan arasında seçimində Ermənistana üstünlük verdi”
Xarici siyasət
16 Aprel , 2015 18:12
​YAP İcra Katibliyinin şöbə müdiri: “Avropa Parlamenti öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu”

Bakı. 16 aprel. REPORT.AZ/ “24 aprel tarixi yaxınlaşdıqca erməni millətçilərinin anti-Türkiyə isterikası güclənməkdədir. Dünya üzrə arzuladıqları şouya nail ola bilməyən “genosidçilər” xaricdə qopardıqları müxtəlif bəyanatlarla istəklərini az da olsa, kompensasiya etməyə çalışırlar”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Avropa Parlamentinin uydurma “1915-ci il erməni soyqırımı” iddiasını öz qətnaməsi ilə dəstəkləməsinə münasibət bildirərkən deyib.

O, Avropa Parlamentinin 616 üzvündən cəmi 61 nəfər deputatın bu qeyri-obyektiv qərarın qəbulunda iştirak etməsinə də diqqət çəkib: “Daima dünyaya ədalət və sülh çağırışı edən Avropa 61 nəfər təmsilçisinin səsi ilə əvvəlki çağırışını qarşıdurma və ədalətsizliyi müdafiə çağırışına çevirdi. Avropa Parlamenti Ermənistanın Türkiyəyə qarşı böhtanlarını dəstəkləməklə öz tarixinin ən biabırçı qərarını qəbul etmiş oldu. Birinci Dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlıya qarşı qanlı mübarizəsinin nəticələrini ədalətsiz şəkildə Türkiyənin adına yazmış oldu. Türkiyə hökumətinin həmin dövrün arxivlərini açmaq barədə təklifinə Ermənistanın razı olmaması faktını isə Avropa Parlamentində heç kim eşitmək istəmədi”.

A.Mirzəzadə bildirib ki, Avropa Parlamenti “genosidçilər” hərəkatının Türkiyəyə qarşı iddialarının arxasında Ermənistanın Türkiyəyə qarşı torpaq iddialarının durduğunu və dünyanın siyasi xəritəsini dəyişmək istəyinin olduğunu məqsədli surətdə görmək istəmir: “Necə ki, həmin parlamentarilər Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və XX əsrin ən dəhşətli facilərindən olan Xocalı faciəsini törətdiyini də israrla görmək istəmir.

Avropa Parlamenti dünənki qətnaməsi ilə Türkiyə ilə Ermənistan arasında seçimində Ermənistana üstünlük verdi. Ancaq parlament bununun siyasi nəticələrini təəssüf ki, nəzərə almaq istəmədi”.

Son xəbərlər

Orphus sistemi