Avropa Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı şikayətləri üzrə qərar çıxaracağı təxmini tarix açıqlanıb

Avropa Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı şikayətləri üzrə qərar çıxaracağı təxmini tarix açıqlanıb “Azərbaycan Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror aktları ilə bağlı faktları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərib. Şikayətlərə baxılması ilə bağlı proses təzə başlayıb”.
Xarici siyasət
17 İyun , 2022 16:21
Avropa Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı şikayətləri üzrə qərar çıxaracağı təxmini tarix açıqlanıb
Çingiz Əsgərov

“Azərbaycan Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi terror aktları ilə bağlı faktları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərib. Şikayətlərə baxılması ilə bağlı proses təzə başlayıb”.

Bunu “Report”a açıqlamasında Ali Məhkəmə sədrinin müavini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O bildirib ki, tərəflər öz dəlillərini məhkəməyə təqdim ediblər: "Bizə bu il cavab veriləcəyini və ya qərar qəbul ediləcəyini gözləmirik. Yəqin ki ya gələn il, ya da 2024-cü il ilkin qərar verilə bilər".

Ç.Əsgərov söyləyib ki, Vətən müharibəsindən sonra Azərbaycandan Avropa Məhkəməsinə ümumilikdə 1000-ə yaxın fərdi şikayət göndərilib: "Həmin məsələlərə baxılır. Proses barədə bizə məlumat verilmir. Yəqin ki onlar gözləyirlər dövlət səviyyəsində edilən şikayətlərə baxılsın sonra fərdi şikayətlərə keçiləcək".

Son xəbərlər

Orphus sistemi