Avropa Komissiyasının Şərq tərəfdaşlığı departamentinin direktoru Azərbaycana gələcək

Avropa Komissiyasının Şərq tərəfdaşlığı departamentinin direktoru Azərbaycana gələcək Lourens Meredit Azərbaycan-Avropa İttifaqı biznes forumunda iştirak edəcək
Xarici siyasət
10 May , 2017 18:03
Avropa Komissiyasının Şərq tərəfdaşlığı departamentinin direktoru Azərbaycana gələcək

Bakı. 10 may. REPORT.AZ/ Avropa Komissiyasının qonşuluq siyasəti və Avropa İttifaqının (Aİ) genişləndirilməsi ilə bağlı danışıqlar üzrə Baş Direktoratlığının Şərq tərəfdaşlığı departamentinin direktoru Lourens Meredit iyunun 8-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı biznes forumunda iştirak edəcək.

"Report" xəbər verir ki, L.Meredit forumdakı iştirakını təsdiqləyib.

Forumda Aİ və Azərbaycan arasında işgüzar əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi