Deputat: Avropa İttifaqının “mülki missiyası”nın fəaliyyəti qərəzlidir

Deputat: Avropa İttifaqının “mülki missiyası”nın fəaliyyəti qərəzlidir Avropa İttifaqının “Mülki müşahidə missiyası” adı altında Azərbaycanla sərhəddə fəaliyyət göstərən qeyri-rəsmi nümayəndə heyətləri mahiyyətcə “durbin diplomatiyası”nın agentinə çevriliblər.
Xarici siyasət
24 Mart , 2024 17:18
Deputat: Avropa İttifaqının “mülki missiyası”nın fəaliyyəti qərəzlidir

Avropa İttifaqının “Mülki müşahidə missiyası” adı altında Azərbaycanla sərhəddə fəaliyyət göstərən qeyri-rəsmi nümayəndə heyətləri mahiyyətcə “durbin diplomatiyası”nın agentinə çevriliblər.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu cür missiyalar istisnasız olaraq əsassız azərbaycanofobiyanın yayılması üçün istifadə olunur və Cənubi Qafqazda kövrək sabitliyi hədəf götürüb: "Avropa İttifaqının Ermənistandakı missiyası əslində qısamüddətli olmalı idi, amma sonradan uzunmüddətli status aldı və onun hərbiləşdirilməsinə başlandı. Qərb bu yolla regionu "barıt çəlləyi"nə çevirmək istəyir. Missiyanın tərkibində hərbçilərin olması faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir”.

Deputat bildirib ki, Ermənistan parlamentinin Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi də çirkli oyunların başlandığına işarədir:

“Mülki missiya üzvləri arasında hərbçilərin, jandarm və kəşfiyyat qurumunun əməkdaşlarının olması narahatedici faktlardır. Bu, Cənubi Qafqazda onsuz da kövrək olan sülhə təhdiddir. Missiya yaradılanda avropalılar Azərbaycanla əvvəlcə məsləhətləşdilər, sonra isə məsələni birtərəfli qaydada həll etməyi düşündülər. Bu isə problemlər yaradır. Əgər hədəfdə Azərbaycandırsa, bizdən kənar, yaxud bizimlə məsləhətləşmədən sərhəddə nələrisə həll etmək sadəcə mümkün deyil. Faktın özü avropalıların qərəzli olmasından xəbər verir. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, İrəvanla dialoqda vasitəçilərə ehtiyacı yoxdur. Azərbaycan ordusu müstəqil şəkildə öz sərhədlərini qorumağa qadirdir. Təəccüblüdür ki, 30 il ərzində Aİ Azərbaycanın bir hissəsinin işğalından narahat olmayıb, indi isə birdən-birə Ermənistanı müdafiə etmək qərarına gəlib”.

Son xəbərlər

Orphus sistemi