Avropa İttifaqı tərəfindən Azərbaycana səhiyyə avadanlıqları gətiriləcək

Avropa İttifaqı tərəfindən Azərbaycana səhiyyə avadanlıqları gətiriləcək "Azərbaycanda soyuq zəncir sisteminin gücləndirilməsi istiqamətində səhiyyə qurumlarına təhvil vermək üçün avadanlıqlar sifariş verilib".
Xarici siyasət
10 Fevral , 2022 12:23
Avropa İttifaqı tərəfindən Azərbaycana səhiyyə avadanlıqları gətiriləcək

"Azərbaycanda soyuq zəncir sisteminin gücləndirilməsi istiqamətində səhiyyə qurumlarına təhvil vermək üçün avadanlıqlar sifariş verilib. Sifarişlər yaxın müddətdə Azərbaycana gətiriləcək".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının maliyyələşdirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin rəhbəri Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, həmçinin Azərbaycanın səhiyyə müəssisələrində soyuq zəncir sisteminin inventarlaşdırılması prosesinə hazırlıq görülür:

"Bu proses ÜST-ün onlayn proqramından istifadə etməklə həyata keçiriləcək. Tezliklə səhiyyə müəssisələri soyuducu qurğulu nəqliyyat vasitələri, dondurucu, soyuq qutular, vaksin soyuducusu, peyvənd daşıyıcısı, temperatur monitorinq cihazları və elektron donma indikatoru ilə təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi