Yuxarı

​Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana səfəri başa çatıb

Donald Tusk səfər çərçivəsində bir sıra görüşlər keçirib

Bakı. 22 iyul. REPORT.AZ/ Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfəri başa çatıb.

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda D.Tusku Azərbaycanın rəsmi şəxsləri yola salıblar.

Xatırladaq ki, səfər zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Bundan əlavə, D.Tusk Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Azərbaycana səfərdən öncə D.Tusk Ermənistan və Gürcüstana səfər edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi