Yuxarı

Avropa İttifaqı miqrasiya sahəsində proqramın həlli üçün Azərbaycana 3,5 milyon avro ayırıb

Malena Mard: Aİ miqrasiya sahəsində Azərbaycanın dövlət strukturları ilə məhsuldar iş görür

Bakı. 1 fevral. REPORT.AZ/ "Məlum olduğu kimi, Avropa İttifaqı Azərbaycanla readmissiya barədə mühüm saziş imzalayıb. Bu, Bakı və Aİ arasında bu məsələnin uzun müddət prioritet olaraq qalacağını göstərir".

"Report" xəbər verir ki, bunu "Sığınacaq, sərhədlər və immiqrasiya üzrə Avropa qanunvericiliyi" vəsaitinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.

Onun sözlərinə görə, Aİ miqrasiya sahəsində Azərbaycanın dövlət strukturları, nazirlikləri, agentlikləri ilə məhsuldar iş görür. M.Mard bildirib ki, Aİ miqrasiya sahəsində proqramın həlli üçün Azərbaycana 2017-ci ilə qədər 3,5 milyon avro ayırıb.

O, həmçinin qeyd edib ki, ayrılan vəsait hesabına Aİ miqrasiya məsələsinin idarə olunmasının səviyyəsini yüksəltmək məqsədilə ölkənin Dövlət Sərhəd Xidmətinə dəyəri 400 min avro olan avadanlıq verəcək: "Bu gün baş tutan tədbir Aİ və Azərbaycan arasında miqrasiya məsələlərinin həllinə yönəldilmiş əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin bir hissəsidir. İkinci mərhələdə Azərbaycanda treninqlər və digər tədbirlər keçiriləcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi