Avropa İttifaqı-Azərbaycan əlaqələri müzakirə olunub

Avropa İttifaqı-Azərbaycan əlaqələri müzakirə olunub Böyük Britaniyalı deputat Səccad Kərim qanlı 20 yanvar faicəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib
Xarici siyasət
21 Yanvar , 2015 12:06
Avropa İttifaqı-Azərbaycan əlaqələri müzakirə olunub

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin Avropa İttifaqı - Azərbaycan əlaqələrinin müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

İclasda Azərbaycanın Avropa İttifaqı yanındakı Missiyasının rəhbəri Fuad İsgəndərov və Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə iştirak və çıxış ediblər.

İclasa sədrlik edən Böyük Britaniyalı deputat Səccad Kərim qanlı 20 yanvar faicəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Fuad İsgəndərov bu qanlı faciə ilə bağlı verilən başsağlığına görə minnətdarlığını bildirib və faciədən ötən 25 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin ölkənin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulanıb.

Daha sonra səfir Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın son illər ərzində inkişafı, əldə olunmuş nailiyyətlər, münasibətlərdə diqqət cəlb edən çatışmazlıqlar və bu münasibətlərdən Azərbaycan tərəfinin gözləntiləri ilə bağlı məruzə ilə çıxış edib.

Millət vəkili Asim Mollazadə Azərbaycan və bütünlükdə Şərq Tərəfdaşlığı ölkələrində mövcud olan münaqişələr, region ölkələrinin üzləşdiyi qaçqın problemini dilə gətirmiş və Avropa İttifaqını münaqişələrin və onlardan irəli gələn problemlərin həllində daha fəal olmağa səsləyib. 

İclas Avropa Parlamentinin üzvləri tərəfindən böyük maraqla qarşılanıb və bir sıra deputatlar tərəfindən Avropa İttifaqı – Azərbaycan əlaqələrinə dair Azərbaycan tərəfinin tutduğu mövqeni dəstəkləyən çıxışlar edilib və Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğu vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi