Avronest PA-nın Bakıda keçiriləcək iclasına Ermənistan da çağırılıb

Xarici siyasət
  • 30 avqust, 2017
  • 10:40
Avronest PA-nın Bakıda keçiriləcək iclasına Ermənistan da çağırılıb

Bakı. 30 avqust. REPORT.AZ/ Azərbaycan Avronest Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) sentyabrın 22-də Bakıda keçiriləcək iclasında iştirak üçün qurumun üzv dövlətlərinə, o cümlədən Ermənistana dəvət göndərib.

Bunu “Report”a açıqlamasında Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

O bildirib ki, Ermənistanın iclasda iştirakı ilə bağlı qərarı məlum deyil: “Onlar Bakıya gəlmələri normal haldır. Gəlməzlərsə də, özləri bilərlər”.

Deputat vurğulayıb ki, belə tədbirlərdə təhlükəsizlik dövlət tərəfindən təmin edilir.

44 filmi