Yuxarı
    Bağlamaq

    ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası Vyanada keçiriləcək

    Tədbirdə ATƏT-ə üzv ölkələrin hökumət nümayəndələri dinləniləcək

    Bakı. 16 fevral. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası fevralın 23-24-də Vyanada keçiriləcək.

    "Report" xəbər verir ki, sessiyanın açılışında Avstriya Milli Şurasının prezidenti Doris Byuresin, ATƏT PA-nın Kristin Mutonenin və ATƏT PA-nın gender bərabərliyi üzrə xüsusi nümayəndəsi Hedi Frayın çıxışı dinləniləcək.

    Yekun birgə sessiyada ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastyan Kurts və təşkilatın baş katibi Lamberto Zannyer çıxış edəcəklər.

    Komitələrin iclasında sessiya iştirakçıları siyasətə dair mövzuları, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit, insan hüquqları və humanitar məsələlər üzrə müzakirə aparacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi