Yuxarı

ATƏT PA-nın qış sessiyası fevralın 18-20-də Vyanada keçiriləcək

ATƏT-in Ukrayna və onun ətrafında münaqişəyə münasibət sessiyanın xüsusi müzakirələr mövzusu olacaq

Bakı. 9 fevral. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatın Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası fevralın 18-20-də Vyanada keçiriləcək. "Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı deputatlar Daimi Komitənin, eləcə də ATƏT PA-nın üç ümumi komitənin iclasında iştirak edəcək, beynəlxalq gündəliyin aktual məsələlərini, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.  

ATƏT-in Ukrayna və onun ətrafında münaqişəyə münasibət sessiyanın xüsusi müzakirələr mövzusu olacaq.

Fevralın 19-da siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin iclasında giriş sözü ilə komitənin sədr müavini, azərbaycanlı deputat Azay Quliyev çıxış edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi