ATƏT PA-nın payız sessiyası Monqolustanda keçiriləcək
- 02 sentyabr, 2015
- 04:58
Bakı. 2 sentyabr. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının (PA) sessiyası sentyabrın 15-18-də Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək.
"Report"un xəbərinə görə, bu haqda ATƏT PA-nın saytında məlumat verilib.
Sessiya "ATƏT-in ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi" mövzusu altında keçiriləcək.
Sessiya çərçivəsində "Mərkəzi Asiya" adlı dəyirmi masanın keçirilməsi gözlənilir.
Tədbirdə 57 dövlətin parlament təmsilçilərinin iştirakı planlaşdırılıb.
ATƏT PA-nın iclası Monqolustanda ilk dəfədir ki, keçiriləcək.
Qeyd edək ki, Assambleya iyulun 5-9-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilən yay sessiyasında Ukraynada yaranmış vəziyyəti müzakirə edib və Rusiyanı qınayan qətnamə qəbul olunub.