ATƏT-ə yeni baş katib təyin olundu

ATƏT-ə yeni baş katib təyin olundu ATƏT-in Xarici İşlər Nazirləri Şurası təşkilatın baş katibi vəzifəsinə almaniyalı diplomat Helqa Şmidi təyin edib.
Xarici siyasət
4 Dekabr , 2020 17:28
ATƏT-ə yeni baş katib təyin olundu
Helqa Şmid

ATƏT-in Xarici İşlər Nazirləri Şurası təşkilatın baş katibi vəzifəsinə almaniyalı diplomat Helqa Şmidi təyin edib.

“Report” xəbər verir ki, bu barədə ATƏT-dəki Albaniya sədrliyi tvitter səhifəsindən bildirib.

H.Şmid daha əvvəl Avropa Xarici Fəaliyyətlər Xidmətinin (EEAS) baş katibi olub.

Həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru vəzifəsinə italiyalı hüquq müdafiəçisi Matteo Mekaççi təyin edilib.

Milli azlıqlarla bağlı ali komissar vəzifəsinə Qazaxıstanın sabiq xarici işlər naziri Kayrat Əbdürəhmanov, KİV azadlığı komissarı vəzifəsinə isə Portuqaliya XİN-in sabiq dövlət katibi Maria Teresa Ribeiro təyin olunub

Qeyd edək ki, adıçəkilən bütün vəzifələr 57 üzv ölkə arasında konsensus əsasında tutulduğu üçün 18 iyul tarixindən bu yana boş qalmışdı.

Son xəbərlər

Orphus sistemi