Yuxarı
    Bağlamaq

    ATƏT DTİHB-nin direktoru: "Azərbaycan bizim üçün xüsusi vacib tərəfdaşdır"

    Maykl Georq Link: Bizim əməkdaşlığımız davam edəcək

    Bakı. 25 fevral. REPORT.AZ/ "Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) üçün xüsusi vacib tərəfdaşdır və bu ölkəylə əməkdaşlığımız davam edəcək".

    "Report" "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bunu xarici siyasət üzrə Alman Cəmiyyətində müzakirələr zamanı ATƏT DTİHB-nin direktoru Maykl Georq Link deyib.

    "Son seçkiləri müşahidə edə bilməsək də, bizim əməkdaşlığımız, nə olursa olsun, davam edəcək", - deyə Link bildirib. Onun sözlərinə görə, Azərbaycan xüsusilə mühüm tərəfdaş olduğundan ölkəyə yeni birgə layihələr təklif olunacaq.

    Təşkilat rəhbəri Azərbaycanı dialoq və konstruktiv əməkdaşlığa çağırıb. O, ötən il respublikamızda keçirilən parlament seçkilərini izləyə bilmədiyinə görə təəssüfləndiyini bildirib.

    Müzakirə iştirakçılarından birinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Dağlıq Qarabağ separatçı rejiminin seçkilərində ATƏT-in müşahidə missiyasının olmaması haqqında sualı cavablandırarkən Maykl Georq Link konkret cavab verib: "Rejim heç bir baxımdan dövlət özəlliyinə sahib deyil ki, hələ bir seçkiləri müşahidə eləmək üçün ATƏT nümayəndələrini dəvət edə bilsin. Bizim mövqeyimiz tamamilə aydındır: biz beynəlxalq-hüquqi status-kvo və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qəbulundan yanayıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi