Yuxarı

ATƏT DTİHB direktoru Azərbaycana səfər edəcək

Maykl Link Azərbaycan və ATƏT əməkdaşlığı məsələlərini müzakirə edəcək

Bakı. 4 aprel. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Link aprelin 8-9-da Azərbaycana səfər edəcək. Diplomatik mənbələrdən "Report"a bildirilib ki, Bakıya səfəri zaman M.Link rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək, həmin görüşlərdə Azərbaycan və ATƏT-in əməkdaşlığı məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, bu M.Linkin ATƏT DTİHB direktoru qismində Azərbaycana ilk səfəridir. 

Maykl Link ATƏT DTİHB direktor vəzifəsinə 2014-cü ilin iyul ayında təyin olunub və bu postda o, Yanes Lenarçiçi əvəz edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi