ATƏT Azərbaycanı kibertəhlükəsizliyin təmin olunması məsələsində dəstəkləməyə hazır olduğunu bəyan edib

ATƏT Azərbaycanı kibertəhlükəsizliyin təmin olunması məsələsində dəstəkləməyə hazır olduğunu bəyan edib "Azərbaycan hökuməti kiberhücumların potensialı haqqında xəbərdardır, buna görə də onlara qarşı bütün səyləri göstərir"
Xarici siyasət
13 Aprel , 2015 11:51
ATƏT Azərbaycanı kibertəhlükəsizliyin təmin olunması məsələsində dəstəkləməyə hazır olduğunu bəyan edib

Bakı. 13 aprel. REPORT.AZ/ "ATƏT Azərbaycanı kibertəhlükəsizliyin təmin olunması məsələsində dəstəkləməyə hazırdır". "Report" ATƏT-in Bakı Ofisinin layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski Bakıda keçirilən "İnformasiya əsrində milli təhlükəsizlik" konfransında bildirib. 

"Hər bir dövlət iqtisadi inkişaf səviyyəsindən asılı olaraq, milli təhlükəsizliyin, o cümlədən kibertəhlükəsizliyin təmin olunması üzrə öz siyasətini aparır", - A.Şahtaxtinski qeyd edib. 

Onun sözlərinə görə, bu yaxınlarda Fransada kiberhücum baş verib, buna görə məsuliyyəti "İslam Döbvləti" öz üzərinə götürüb. Xatırladaq ki, ötən həftə bu terror təşkilatının xakerləri Fransanın TV5-Mond telekanalına hücum edib və onun yayımını dayandırıblar. 

"İŞİD bu gün kiberhücumlarla təhdid edir, bu Fransanın nümunəsində bizim üçün siqnal olmalıdır. Bu hal Azərbaycanda da təkrarlana bilər", - əlaqələndirici vurğulayıb. 

Onun sözlərinə görə, dünyadakı dövlətlər müntəzəm olaraq kiberhücumlara məruz qalır, bu da hökumət orqanlarını bu problemlərə ciddi yanaşmağa məcbur edir.

"Azərbaycan hökuməti kiberhücumların potensialı haqqında xəbərdardır, buna görə də onlara qarşı bütün səyləri göstərir" - A.Şahtaxtinski qeyd edib.  O, 2012-ci ildə Azərbaycanın kibertəhlükəsizlik üzrə Budapeşt konvensiyasına qoşulduğunu xatırladıb. 

Şahtaxtinski vurğulayıb ki, Azərbaycan bu gün hazırladığı kibertəhlükəsizlik üzrə strategiya çərçivəsində hərəkət edir. 

"Biz  Azərbaycanı kibertəhlükəsizliyin təmin olunması məsələsində, xüsusilə də kibertəhlükəsizliyin təmin olunması ilə məşğul olan müvafiq strukturların fəaliyyətində dəstəkləməyə hazırıq", - o bildirib. 

Son xəbərlər

Orphus sistemi