Yuxarı

Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin binasının tikintisi başa çatır

Səfir: Azərbaycanın Qazaxıstandakı səfirliyinin yeni binası Astananın mənzərəli ərazisində yerləşəcək

Bakı. 12 fevral. REPORT.AZ/ Astanada Azərbaycanın Qazaxıstandakı səfirliyinin binasının tikintisi başa çatır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabaev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan arasındakı razılaşma əsasında diplomatik nümayəndəliyin binsının tikintisi üçün səfirliyə Qazaxıstanın paytaxtında torpaq sahəsi ayrılıb.

B.İsabaev səfirlik binasının və diplomatların yaşayış üçün nəzərdə tutulan kompleksin çox güman bu ilin may ayında başa çatacağını da açıqlayıb.

Səfir Azərbaycanın Qazaxıstandakı səfirliyinin yeni binasının Astananın mənzərəli ərazisində yerləşəcəyini də əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi