Astana meri Bakıya səfərə gələcək

Astana meri Bakıya səfərə gələcək Səfərin məqsədi şəhərin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaqdır
Xarici siyasət
2 Sentyabr , 2016 16:31
Astana meri Bakıya səfərə gələcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 5-də Astana meri Əset İsekeşev Bakıya səfərə gələcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, birgünlük səfər çərçivəsində Ə.İsekeşevin əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşəcəyi gözlənilir.

Səfərin məqsədi investisiya, infrastruktur, innovasiya, nəqliyyat və turizm kimi sahələrdə şəhərin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaqdır.

Qarşıdakı səfərin iki qardaş ölkənin paytaxtı arasında mövcud dostluq əlaqələrini daha da gücləndirəcəyi və Astanada keçiriləcək "EXPO-2017" beynəlxalq ixtisaslaşdırılmış sərgi ərəfəsində əməkdaşlığa yeni təkan verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi