Bakı. 30 aprel. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) icraçı direktoru Yanne Holst Hübner və Britaniya Kral Prokurorluq Xidmətinin rəis müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü Gari Balçla görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Z.Qaralov Azərbaycan Prezidenti
Məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin prokurorluq orqanlarında tətbiqi, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirlər barədə ətraflı məlumat verən Baş prokuror Azərbaycanın BPA-nın yarandığı vaxtdan fəal əməkdaşlıq etdiyini deyib.
Təmsil olunduqları qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaqlar Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndiriblər.
Ölkə həyatının bütün sahələrində, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.