Aşqabadda Xəzəryanı ölkələrin ticari-iqtisadi əməkdaşlığına dair saziş layihəsinin müzakirə olunduğu görüş başlayıb

Aşqabadda Xəzəryanı ölkələrin ticari-iqtisadi əməkdaşlığına dair saziş layihəsinin müzakirə olunduğu görüş başlayıb Görüşdə Xəzər regionu ölkələrinin müvafiq nazirliklərinin və idarələrinin rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edirlər
Xarici siyasət
2 Fevral , 2017 10:13
Aşqabadda Xəzəryanı ölkələrin ticari-iqtisadi əməkdaşlığına dair saziş layihəsinin müzakirə olunduğu görüş başlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ Türkmənistan paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin ticari-iqtisadi əməkdaşlığı haqqında saziş layihəsinin müzakirə olunduğu görüş keçirilir. 

"Report" Türkmənistan KİV-inə istinadən xəbər verir ki, müzakirələr iki gün davam edəcək. 

Görüş Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsi, bu ölkənin Xarici İşlər Nazirliyi, İqtisadiyyat və İnkişaf Nazirliyi tərəfindən təşkil edilib.

Toplantıda Xəzər regionu ölkələrinin müvafiq nazirliklərinin və idarələrinin rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edirlər.

Xəzəryanı ölkələrin nəqliyyat sahəsində əməkdaşlığı haqqında sazişin layihəsi və 2010-cu ildə Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlətlərin başçılarının III sammitində imzalanmış Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi tamamlayacaq iki protokol üzərində üzərində hazırda iş gedir. Bu sənədlər brakonyerliyə qarşı mübarizə, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi kimi sahələrdə qonşu ölkələrin səlahiyyətli orqanları arasında əməkdaşlıq üçün hüquqi baza yaradacaq.

Məlumata görə, ekspertlərin cari görüşü zamanı həmçinin Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun region ölkələrinin hökumət və biznes dairələrinin nümayəndələri üçün effektiv danışıqlar məkanı olacaq daimi Xəzər İqtisadi Forumunun yaradılması təşəbbüsünün təşviqinə xüsusi diqqət yetiriləcək. 

Son xəbərlər

Orphus sistemi