Yuxarı

AŞPA prezidenti: "Azərbaycanla uğurlu əməkdaşlığımız mövcuddur"

Səfər zamanı bu əməkdaşlığın təkcə AŞPA yox, həm də Avropa Şurasının digər strukturları çərçivəsində gücləndirilməsi yolları müzakirə ediləcək

Bakı. 29 fevral. REPORT.AZ/ "AŞPA-nın Azərbaycanla uğurlu əməkdaşlığı mövcuddur". "Report" xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt deyib.

O qeyd edib ki, səfər zamanı bu əməkdaşlığın təkcə AŞPA yox, həm də Avropa Şurasının digər strukturları - Venesiya Komissiyası, Baş Katiblik və s. çərçivəsində gücləndirilməsi yolları müzakirə ediləcək.

P.Aqramunt vurğulayıb ki, səfəri zamanı artıq QHT nümayəndələri, vəkillər, hüquq müdafiəçiləri ilə görüşü baş tutub. O bu gün Milli Məclisdə görüşlər keçirməyi planlaşdırdığını da əlavə edib. Martın 1-nə isə Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi