Yuxarı

AŞPA prezidenti Azərbaycana rəsmi səfər edəcək

Səfər zamanı Pedro Aqramunt AŞPA ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana rəsmi səfər edəcək.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər 29 fevral - 1 mart tarixlərində baş tutacaq.

Səfər zamanı P.Aqramunt Azərbaycanın rəsmi şəxsləriylə AŞPA ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi görüşlər keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi