AŞPA-nın yaz sessiyasının proqramı açıqlanıb

AŞPA-nın yaz sessiyasının proqramı açıqlanıb Türkiyə və Gürcüstanın baş nazirləri Strasburqdakı sessiya zamanı çıxış edəcək
Xarici siyasət
14 Mart , 2016 14:22
AŞPA-nın yaz sessiyasının proqramı açıqlanıb

Bakı. 14 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası 18-22 aprel tarixlərində Strasburqda keçiriləcək.

"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində deputatlar Avropada miqrasiya böhranı, məcburi miqrasiya və onun nəticələri və problemləri, qaçqınların hüquqlarıyla bağlı vəziyyəti, Ukraynadakı münaqişəni və s. məsələləri müzakirə edəcəklər. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakimlərin seçkisi keçiriləcək və Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujnieks illik hesabatını təqdim edəcək.

Həmçinin sessiya zamanı gözlənilən çıxışların siyahısı da açıqlanıb: 19 april - Türkiyənin baş naziri Əhməd Davudoğlu və Avropa Komissiyasının sədri Jan-Klod Yunker; 20 aprel - Avstriya prezidenti Haynts Fişer; 21 aprel - Gürcüstanın baş naziri Qriqori Kvirikaşvili.

Son xəbərlər

Orphus sistemi