​AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

​AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb Sessiya çərçivəsində Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi nəzərdə tutulur
Xarici siyasət
2 İyun , 2015 12:03
​AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

Bakı. 2 İyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının(AŞPA) növbəti sessiyası iyunun 22-26-da Strasburqda keçiriləcək. "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində iyunun 7-dəTürkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı, dəyişən media mühitində media məsuliyyəti və etika məsələləri, həmçinin Ukraynadakı münaqişə nəticəsində itkin düşənlərlə bağlı vəziyyət ətrafında müzakirələr aparılacaq.

İyunun 23-də Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin aparılması planlaşdırılıb. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.

İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin çıxış edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi