AŞPA-nın qış sessiyası başlayıb

AŞPA-nın qış sessiyası başlayıb Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyası Strasburqda işə başlayıb.
Xarici siyasət
24 Yanvar , 2022 14:41
AŞPA-nın qış sessiyası başlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyası Strasburqda işə başlayıb.

”Report” xəbər verir ki, sessiyanın gündəliyində başlıca məsələlər koronavirus pandemiyasına qarşı ictimai səhiyyə vasitəsilə mübarizə tədbirləri, LGBTİ şəxslərinə qarşı nifrət, futbolun idarə olunması, rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi olacaq. Pandemiya ilə bağlı sessiya yanvarın 24-28-də qarışıq formatda keçiriləcək.

Bununla yanaşı, yanvarın 27-də sessiya çərçivəsində Holokost qurbanlarını anma - Beynəlxalq Xatirə Günü ilə bağlı xüsusi tədbir keçiriləcək.

AŞPA-nın sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Son xəbərlər

Orphus sistemi