Yuxarı
    Bağlamaq

    AŞPA-nın Monitorinq və Siyasi işlər komitələri Azərbaycanla bağlı hesabatı müzakirə edəcək

    Səməd Seyidovun iştirakı ilə AŞPA-nın Monitorinq və Siyasi işlər komitələrinin iclası keçiriləcək

    Bakı. 20 may. REPORT.AZ/ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Monitorinq və Siyasi işlər komitələrinin iclaslarında iştirak etmək üçün mayın 22-dən 25-dək Parisdə səfərdə olacaqlar.

    Bu barədə "Report"a parlamentin mətbuat xidmətindən məlumat verilib.  

    İclaslarda Türkiyədə demokratik institutların fəaliyyəti ilə bağlı danışıqlar, Azərbaycana və Gürcüstana fakt-araşdırıcı səfərlərin yekunları, terror təhlükəsi və demokratik perspektivlər arasında Liviyanın gələcəyi, Ukraynada böhranın siyasi nəticələri, Belarusda vəziyyət və digər mövzularda müzakirələr aparılacaqdır.

    Bundan başqa, S.Seyidov mayın 26-dan 28-dək AŞPA-nın Estoniyanın Tallin şəhərində keçiriləcək Büro və Daimi komitə iclaslarında da iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi