Yuxarı
    Bağlamaq

    AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Azərbaycana səfər edəcək

    Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsidir

    Bakı. 2 aprel. REPORT.AZ/ AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olan avstriyalı deputat Stefan Şennax Azərbaycana səfər edəcək.

    AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 6-8-də baş tutacaq səfərin məqsədi Azərbaycanın Avropa Şurası önündə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

    Qeyd edək ki, bu, S.Şennaxın həmməruzəçi təyin olunmasından sonra Azərbaycana ilk səfəridir. O bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunub. Bu postda avstriyalı parlamentari polşalı deputat Tadeuş İvinskini əvəz edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi