AŞPA-nın daimi prezidenti seçilib

AŞPA-nın daimi prezidenti seçilib Strasburq. 21 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.
Xarici siyasət
21 Yanvar , 2019 15:24
AŞPA-nın daimi prezidenti seçilib

Strasburq. 21 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.

“Report”un Qərbi Avropa bürosu bildirir ki, Lilyan Mori Paskye AŞPA-nın yay sessiyası müddətində müvəqqəti prezident seçilmişdi və qış sessiyasında yeganə namizəd olduğu üçün seçkisiz bu vəzifəyə təyin edilib.

1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin Sosial Partiyasının üzvüdür.

Qeyd edək ki, AŞPA-nın əvvəlki prezidenti Mikele Nikoletti keçən ilin mart ayında İtaliya parlamentində növbəti seçkilər zamanı yenidən seçilə bilməməsi ilə əlaqədar AŞPA-nın rəhbərliyindən kənarlaşdırılıb.

AŞPA-nın qış sessiyası bu gün işinə başlayıb və yanvarın 25-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi